Modern.az

Eltac Səfərli liderlər qrupunda

Eltac Səfərli liderlər qrupunda

5 Dekabr 2021, 17:00

İspaniyanın Barselona şəhərində keçirilən beynəlxalq şahmat turnirində Azərbaycan təmsilçiləri mübarizəni uğurla davam etdirirlər.

 

Modern.az xəbər verir ki, beşinci turda şahmatçılarımızdan Eltac Səfərli və Məhəmməd Muradlı qələbə qazanıblar.

 

Digər təmsilçimiz Aydın Süleymanlı isə heç-heçə edib. Hazırda E.Səfərli 4 xalla liderlər qrupunda mübarizə aparır. M.Muradlı 3,5, A.Süleymanlı isə 3 xala malikdirlər.

 

İsveçrə sistemi üzrə keçirilən və doqquz turdan ibarət olan turnir dekabrın 12-dək davam edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir