Amnistiya aktının tətbiqi nəticəsində 500 min manatdan çox cərimə ləğv edilib.
Modern.az-ın məlumatına görə, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev bu gün 2021-ci il noyabrın 5-də “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın prokurorluq orqanları tərəfindən icrasına dair keçirilən brifinqdə deyib.
O qeyd edib ki, cərimələrin ödənilməsində şəxslərin maddi durumu nəzərə alınır.