Modern.az

Tələbə krediti üçün müraciət edənlərin sayı AÇIQLANDI

Tələbə krediti üçün müraciət edənlərin sayı AÇIQLANDI

Təhsil

7 Dekabr 2021, 17:44

Bu vaxta qədər 2000-ə yaxın tələbə təhsil tələbə krediti almaq üçün müraciət edib.

 

Modern.az xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev Real Tv-yə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, müraciətlərin sayı davamlı olaraq artır.

 

"Layihə 25 noyabrdan başlayıb. Hazırda qeydiyyat dövrüdür. Müraciətlərin sayı həddən artıq çoxdu. Texniki baxımdan istifadəçi üçün asan olsun deyə sistemə düzəliş edilib. Eyni zamanda da tələbələrin təlimatlarla yaxından tanış olmamaları səbəbindən texniki qüsurlar olduğundan bir çox müraciətlərin statusu yenilənməkdədir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir