Modern.az

İrəvanda qan töküldü

İrəvanda qan töküldü

19 Fevral 2010, 18:33

Bu gün İrəvanda müxalifətdə olan Erməni Milli Konqresinin gənclər təşkilatının üzvləri İrəvanda mütinq-yürüş keçiriblər. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistanda prezident seçkilərinin ikinci ildönümünə həsr olunmuş aksiya zamanı gənclərlə polis arasında toqquşma baş verib. Fəallardan biri həbs olunub, daha bir nümayişçi isə ağır bədən xəsarəti ilə xəstəxanaya çatdırılıb.  Müxalifətçi gənclər Məkəzi Seçki Komissiyasının qarşısınadək irəliləyərək “Azad, müstəqil Ermənistan”,  “Sonadək mübarizə” şüarları səsləndiriblər.  Onlar prezident Serj Sərksiyanın istefasını,  siyasi dustaqların azad olunmasını və 2008-ci il mart hadisələrinin təşkilatçılarının cəzalandırılmasını tələb ediblər.

  

Xatırladaq ki, 2008-ci ilin fevralın 19-da keçirilmiş prezident seçkilərində  Levon Ter- Petrosyan məğlub olub. Prezident seçkilərinin rəsmi nəticələrinə etiraz edən müxalifətçilər fevralın 20-dən martın 1-ə kimi paytaxtda etiraz aksiyası keçiriblər.  Ermənistan polisinin dinc nümayişçiləri güllələməsi nəticəsində 10 nəfər həlak olub, 200-dən artıq insan yaralanıb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir