Modern.az

Əfqanıstandan təxliyə zamanı Britaniya XİN-də XAOS

Əfqanıstandan təxliyə zamanı Britaniya XİN-də XAOS

7 Dekabr 2021, 23:01

Böyük Britaniya Xarici İşlər Nazirliyinin istefada olan diplomatı Rafael Marşal Əfqanıstanda “Taliban” hərəkatının Kabilə daxil olması zamanı nazirlikdə yaranan xaosu təsvir edib.

 

Modern.az xəbər verir ki, ölkənin Xarici Əlaqələr Komitəsinə yazılı açıqlama verən Marşall xaosun hökm sürdüyü təxliyələr zamanı Kabildən kimin təyyarəyə minə biləcəyi ilə bağlı qərarların “özbaşına” verildiyini və səbəblərini sadalayan bir çox insanın elektron məktublarının oxunmadığını bildirib.

 

O qeyd edib ki, həmin vaxt ölkənin xarici işlər naziri olan Dominik Raab da qərarlar verməkdə çox ləng davranıb.

 

ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması başa çatmamış “Taliban” hərəkatı paytaxt Kabilə daxil olduqdan sonra Britaniya ölkədən 15 min insanı təxliyə edib. Onlardan 5000-ə yaxını Britaniya vətəndaşı, 8000-i əfqan, 2000-i isə uşaq olub.

 

Marşall 150 min əfqanın İngiltərə ilə əlaqələri səbəbiylə risk altında olduğunu və hamısının evakuasiya edilməsi lazım olduğunu, lakin onlardan yalnız beş faizdən azı bu mövzuda dəstək ala bildiyini qeyd edib.

 

Diplomat nazir Raabın e-poçtlarına bir neçə saat sonra cavab verdiyini və “vəziyyəti tam başa düşmədiyini” vurğulayıb.

 

Keçmiş diplomat Marşallın iddiaları aşağıdakı kimidir:

 

Kömək istəyən 150 min adamın sadəcə 5%-inə kömək göstərilib

Yardım sorğuları ilə məşğul olan komandada Əfqanıstanda təlim keçmiş, ölkə haqqında ətraflı məlumatı olan və ya orada işləmiş heç kim yox idi.

Komandadan heç kim Əfqanıstanda danışılan dilləri bilmirdi, yalnız ingiliscə danışanlarla əlaqə saxlamaq mümkün idi

Kimin evakuasiya ediləcəyi ilə bağlı qərarlar özbaşına qəbul edildi və kömək istəyən minlərlə e-poçt oxunmadı.

İnformasiya sistemləri işlək deyildi, bu işdə kömək üçün gətirilən səkkiz hərbçiyə bir kompüter verildi və onlar bu kompüteri paylaşaraq işləməli oldular.

 

Dominik Raab çətin qərarlar verməkdə xüsusilə yavaş idi və vəziyyəti tam başa düşmürdü.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir