Modern.az

Qaşıqçı cinayətinin şübhəlisi saxlanıldı

Qaşıqçı cinayətinin şübhəlisi saxlanıldı

7 Dekabr 2021, 23:28

Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qəddar şəkildə öldürülən Camal Qaşıqçının qətlində şübhəli bilinənlərdən biri Xalid Aed Əl-Utaibi saxlanılıb.

 

Modern.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı əsilli Əl-Otaibinin Parisin Şarl-de-Qol hava limanında saxlanıldığı bildirilir.

 

Onun 2019-cu ildə Türkiyə tərəfindən verilən həbs qərarı ilə saxlanıldığı vurğualnır.

 

Agentlik, həmçinin Fransa prokurorlarının ekstradisiya prosesi ilə bağlı prosedurlara başlayacağını bildirir.

 

Qaşıqçının nişanlısı Hatice Cengiz hadisə ilə bağlı paylaşımında Fransadan onu mühakimə etməyi və ya bunu edəcək bir ölkəyə təhvil verməsini tələb edib.

 

RTL radiosunun məlumatına görə, 33 yaşlı keçmiş kral mühafizəçisi öz pasportu ilə səyahət edərkən saxlanıldıqdan sonra həbs edilib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi