Modern.az

“Instagram”da yeniyetmələrlə bağlı dəyişiklik

“Instagram”da yeniyetmələrlə bağlı dəyişiklik

8 Dekabr 2021, 00:24

“Instagram” sosial şəbəkənin gənc istifadəçilər üçün “zərərli” olub-olmaması ilə bağlı Senatda keçiriləcək dinləmələr öncəsi yeniyetmələrin müdafiəsi tədbirlərini gücləndirib.

 

Modern.az xəbər verir ki, bu barədə platformanın baş direktoru Adam Moser məlumat yayıb.

 

Yeni funksiyaya əsasən, valideynlər övladlarının tətbiqdə keçirdikləri vaxtı idarə edə biləcəklər.

 

Ötən aylarda sosial medianın gənclərə mənfi təsir göstərdiyini üzə çıxaran “Facebook”un daxili araşdırmasının nəticələri mətbuata sızdırılıb. Buna görə də platforma təzyiq altında idi.

 

Xüsusiyyətə görə, proqram uzun müddət aktiv olduqda istifadəçidən “Instagram”a fasilə vermək istəyib-istəmədiyi soruşulacaq.

 

Fasilə vermək üçün xatırlatma qurmaq tövsiyə olunacaq. İstirahət üçün də təkliflər olacaq. Elan edilən yeniliklərdən birinə görə, valideynlər övladlarının sosial şəbəkədə nə qədər vaxt keçirdiklərini görə biləcək və vaxt limiti təyin edəcəklər.

 

Bu xüsusiyyətlər 2022-ci ilin martında əlçatan olacaq.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı