Modern.az

Çin havanı necə “dəyişdirir”?

Çin havanı necə “dəyişdirir”?

8 Dekabr 2021, 00:56

İyulun 1-də Çin Kommunist Partiyası 100 illik yubileyini Tiananmen meydanında təşkil edilən və on minlərlə insanın iştirak etdiyi mərasimlə qeyd edib. Çinin meteoroloji orqanları mərasim ərəfəsində hava şəraitinə uğurla nəzarət ediblər.

 

Modern.az xəbər verir ki, bu barədə Pekində yerləşən Tsinqua Universitetinin araşdırmasında qeyd olunub.

 

Araşdırmada bildirilib ki, səmanın daha açıq olması və atmosfer çirklənməsinin azaldılması üçün tədbirdən bir neçə saat əvvəl “bulud səpmə” (cloud-seeding) əməliyyatı həyata keçirilib.

 

Çinli professor Vanq Canın rəhbərlik etdiyi ekspertlər tərəfindən hazırlanan və “Environmental Science” jurnalında dərc olunan məqalədə mərasim ərəfəsində iki saatlıq “bulud səpmə” əməliyyatı keçirildiyi və yaxınlıqdakı dağlıq bölgələrin sakinlərinin səmaya raketlərin atıldığını gördükləri qeyd olunub.

 

“Bulud səpmə” buludlara gümüş yodidin kimi kimyəvi maddələrin əlavə edilməsi ilə su damcılarının onların ətrafında toplanmasına və yağıntı ehtimalını artırmasına səbəb olan hava modifikasiyası üsuludur.

 

Çin hökuməti kənd təsərrüfatı rayonlarını qorumaq və ya 2008-ci il Olimpiadası da daxil olmaqla əhəmiyyətli hadisələr üçün hava şəraitini manipulyasiya etmək səylərinə milyardlarla dollar xərcləyib və “bulud səpmə” texnologiyasından istifadə edib.

 

Digər ölkələr də “bulud səpmə” texnologiyasına sərmayə qoyublar, lakin Çinin bu sahəyə yatırımları milyardlarla dollardır. 2017-ci ilə qədər olan beş il ərzində dövlət mediası Çinin texnologiyaya 1,3 milyard ABŞ dollarından çox xərclədiyini və təxminən 233,5 milyard kubmetr əlavə yağışın yağmasına səbəb olduğunu iddia edib.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər