Modern.az

Toya 200 nəfər çağırdı - Araşdırma BAŞLADI

Toya 200 nəfər çağırdı - Araşdırma BAŞLADI

Aktual

8 Dekabr 2021, 09:35

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət-yoxlama tədbirləri zamanı toy mərasimində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları aşkarlanıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, yoxlamalar zamanı “Nurlan” şadlıq sarayında keçirilən toy mərasimində müəyyən edilən say həddindən artıq, yəni 200 nəfərə yaxın qonağın iştirak etdiyi müəyyən olunub.

 

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar obyektin sahibi Nurlan Şeydayevlə bir daha izahedici söhbətlər aparılıb və onun barəsində Polis Şöbəsinin İstintaq bölməsində araşdırma başlanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?