Modern.az

Bu il 230 min şəxs işlə təmin edilib

Bu il 230 min şəxs işlə təmin edilib

8 Dekabr 2021, 10:46

“İlham Əliyevin tapşırıqlarına uyğun olaraq əmək bazarının inkişafı, aktiv məşğulluq proqramlarının genişləndirilməsi üçün ciddi addımlar atılır”.

 

Modern.az xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev  “Azərbaycan Karyera İnkişaf” Forumunda çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, dövlət məşğulluq xidmətləri vasitəsilə 230 min şəxs işlə, 122 min şəxs ödənişli ictimai işlərlə, 36 min şəxs özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilib:

 

“7 min şəxsin peşə hazırlığına, 292 min şəxsin peşəyönümü məsləhət xidmətlərinə cəlb edilib. 8485 şəxsə işsizlikdən sığorta təyin edilib, bu ödənişlərdə də 30% artım olub”.

 

S.Babayev əlavə edib ki, əsas hədəflər “Əmək Münasibətləri” Alt Sisteminin (ƏMAS), ölkənin məşğulluq xəritəsinin, məşğul şəxslərin reyestrinin, qeyri-formal məşğulluğa nəzarət və monitorinq-səyyar yoxlama sistemlərinin, elektron əmək birjasının, Mərkəzləşdirilmiş Karyera Portalının yaradılmasıdır.

 

Nazirin sözlərinə görə, peşəyönümlü məsləhət xidməti və karyera planlamasının rolunun artırılması, 1000-dək peşə və kvalifikasiya standartının hazırlanmasına dair işlər davam edir:

 

“Gələcəkdə Karyera Mərkəzinin fəaliyyətə başlaması, uşaqlara peşə vərdişlərinin aşılanması üçün Cənubi Koreya modeli olan karyera şəhərciyinin qurulması, əmək yarmarkalarının təşkili, peşə mobilliyinin genişləndirilməsi və digər tədbirlər nəzərdə tutulur”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi