Modern.az

XİN-də işləmək istəyənlər üçün sınaq İMTAHANI

XİN-də işləmək istəyənlər üçün sınaq İMTAHANI

8 Dekabr 2021, 12:20

Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanına qeydiyyat başlayıb.

 

Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumata görə, 26 dekabr 2021-ci il tarixində Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı keçiriləcək.

 

Namizədlərin sınaq imtahanı üçün qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet saytında 19 dekabr saat 18:00-dək həyata keçirilir.

 

Məlumat üçün bildirək ki, imtahan müddəti 2 saat 30 dəqiqədir. Sınaq imtahanında yazı bacarıqlarının ölçülməsi (esse tapşırıqları) nəzərdə tutulmur.

 

Namizədlər aşağıda qeyd olunan link vasitəsilə XİN-ə işə qəbul qaydaları və müsabiqə şərtləri ilətanış ola bilərlər.

 

//exidmet.dim.gov.az/elimt/XINTest/elan

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu