Modern.az

Aylıq gəliri 500 manatdan aşağı olan şəhid ailələrinə yardım edilir

Aylıq gəliri 500 manatdan aşağı olan şəhid ailələrinə yardım edilir

Aktual

8 Dekabr 2021, 14:00

“Azərbaycanın ilk şəhidindən son şəhidinə, ilk müharibə əlilindən sonuncuya qədər “YAŞAT” Fondunun vəsaitlərindən yaralana bilər. Tibb istiqaməti üzrə artıq 6 aydan çoxdur ki, I Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçıları da bizə müraciət edirlər və onların tibbi xərcləri ödənilir”.

 

Modern.az xəbər verir ki, bu barədə “YAŞAT” Fondunun 1 illiyi ilə əlaqədar keçirilən mətbuat konfransında qurumun rəhbəri Elvin Hüseynov bildirib.

 

E.Hüseynov qeyd edib ki, artıq məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı da həmin kateqoriyadan olan şəxslərə köməklik olunub. Fond aylıq gəliri 500 manatdan aşağı olan  şəhid ailə üzvlərinə köməklik göstərir.

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub