Modern.az

Ermənistan parlamentinin spikeri məhkəməyə ÇAĞIRILDI

Ermənistan parlamentinin spikeri məhkəməyə ÇAĞIRILDI

Aktual

8 Dekabr 2021, 14:20

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan yaxın günlərdə məhkəməyə dəvət olunacaq. 

 

Modern.az xəbər verir ki, Ermənistan mətbuatı məlumat yayıb.

 

Məhkəmə bu ilin avqustunda Ermənistan Milli Assambleyasında baş vermiş insidentlə bağlı olacaq.

 

Qeyd edək ki, avqustun 25-i Ermənistan parlamentində iki dava düşüb. “Vətəndaş müqaviləsi” nümayəndəsi Ayk Sarkisyanın çıxışı zamanı ölkənin keçmiş müdafiə naziri, “Ermənistan” fraksiyasından Seyran Ohanyan ona su şüşəsini atıb və bunun ardınca dava başlayıb. İkinci dava isə “Ermənistan” fraksiyasının millət vəkili Vaqe Akopyanın çıxışı zamanı düşüb. Onun çıxışı zamanı ilk olaraq sözlü mübahisə yaransa da, sonradan bu mübahisə əlbəyaxa davaya çevrilib. Davadan sonra parlamentin iclası və canlı yayım dayandırılıb. Parlamentin təhlükəsizlik xidməti jurnalistlərə davanı çəkməyi qadağan etmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir