Modern.az

Sahibə Qafarova Türkiyədədi - YENİLƏNİB

Sahibə Qafarova Türkiyədədi - YENİLƏNİB

8 Dekabr 2021, 18:31

Dekabrın 8-də Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə parlament nümayəndə heyəti İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının 16-cı sessiyasında iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə gəlib.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən xəbərə görə, İstanbul Atatürk hava limanında nümayəndə heyətini Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, TBMM-in Milli Məclislə dostluq qrupunun rəhbəri Şamil Ayrım və digər rəsmi şəxslər qarşılayıblar.

 

Səfər çərçivəsində Milli Məclis sədrinin İƏT Pİ-nin sessiyasında çıxışı və tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

 

***

14:50

 

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin İstanbul şəhərində səfərdədir.

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Türkiyədəki səfirliyi yayıb.

 

S.Qafarova İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının (İƏT Pİ) 16-cı Konfransında iştirak edəcək.

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır