Modern.az

Malidə 7 BMT sülhməramlısı ÖLDÜ

Malidə 7 BMT sülhməramlısı ÖLDÜ

Dünya

8 Dekabr 2021, 19:59

Malinin mərkəzində partlayış nəticəsində 7 BMT sülhməramlısı həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə BMT missiyası “Twitter”də məlumat yayıb.

 

Hadisə nəticəsində daha 3 sülhməramlının yaralandığı bildirilir.

 

Onların İŞİD-lə əlaqələri olan terrorçu qrupların fəaliyyət göstərdiyi Douentza və Sevare şəhərləri arasında əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində həlak olduğu bildirilir.

 

Hələlik heç bir qruplaşma hadisəyə görə məsuliyyəti öz üzəriə götürməyib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir