Modern.az

Lavrov və Mirzoyan delimitasiyanı MÜZAKİRƏ ETDİLƏR

Lavrov və Mirzoyan delimitasiyanı MÜZAKİRƏ ETDİLƏR

8 Dekabr 2021, 22:57

Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

 

Telefon danışığında nazirlər ikitərəfli, regional və beynəlxalq gündəliyin aktual məsələlərini müzakirə ediblər.

 

Həmçinin, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 26 noyabr 2021-ci il tarixli Soçi razılaşmalarının həyata keçirilməsinə xüsusi diqqət yetirilib.

 

Lavrov Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə işlərin mümkün qədər tez başlamasının, sonrakı mərhələdə demarkasiyanın təmin edilməsinin vacibliyini vurğulayıb.

 

Rusiyanın XİN başçısı Azərbaycan, Ermənistan və Rusiya baş nazirləri müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində sazişin praktiki müstəviyə çevrilməsinin vacibliyini bildirib.

 

***

21:38

 

Ermənistan və Rusiyanın xarici işlər nazirləri Ararat Mirzoyan və Sergey Lavrov arasında telefon danışığı baş tutub.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Onlar Qarabağ məsələsini, 10 noyabr 2020-ci il və 11 və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlar çərçivəsində sazişlərin icrasını müzakirə ediblər.

 

Xarici işlər nazirləri “3+3” təşəbbüsünə də toxunublar.

 

Akif İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi