Modern.az

Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı son vəziyyət

8 Dekabr 2021, 22:48

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 192 nəfər ölüb.

 

Modern.az xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün twitter səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

 

Nazirin yeni növ koronavirusla bağlı yayınladığı bu günkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 356 254 nəfərin test edildiyi, 20 874 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 29 883 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

 

Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci,ikinci və üçüncü mərhələ daxil 121 276 848 peyvənd tətbiq edilib ki, bunun 90,94 faizi birinci, 81,81 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır