Modern.az

Bu ölkədə “Omicron”a yoluxma artdı, qapanmalara gedildi

Bu ölkədə “Omicron”a yoluxma artdı, qapanmalara gedildi

Aktual

9 Dekabr 2021, 09:29

Böyük Britaniyanın Baş naziri Boris Conson ölkədə 568 nəfərin koronavirusun yeni ştammı “Omicron”a yoluxduğunu açıqlayıb.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, Conson yoluxmaların 2-3 dəfə artdığını qeyd edib. 

Baş nazir qabaqlayıcı tədbir kimi bazar ertəsindən etibarən evdən işləməyi tövsiyə edib. Bundan əlavə, cümə günündən teatr və kinoteatrlarda maskadan istifadə məcburi olacaq. İnsanların çox toplandığı yerlərdə, gecə klublarında peyvənd pasportu tələb olunacaq. Qayda 500-dən çox insanın olduğu qapalı məkan, 4000-dən çox insanın olduğu açıq məkan və 10 mindən çox insanın olduğu istənilən məkanlara şamil ediləcək. Ən azı 2 doza peyvənd olunanlar bu yerlərə daxil ola biləcəklər.

Ölkədə “Omicron” ştammı aşkarlanan ilk gündən ictimai nəqliyyat vasitələrində maska taxmaq məcburi hal olub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar