Modern.az

Sülhməramlılar 1960 cəsədi Ermənistan və Azərbaycana təhvil verib

Sülhməramlılar 1960 cəsədi Ermənistan və Azərbaycana təhvil verib

9 Dekabr 2021, 09:45

Müharibədə həlak olmuş 1900-dən çox hərbçinin cəsədi Rusiya sülhməramlıları Qarabağda yerləşdirildikdən sonra Ermənistan və Azərbaycanın yerli hakimiyyət orqanlarına təhvil verilib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandan müavini Rüstəm Muradov məlumat verib.

 

“Rusiyalı sülhməramlılar Ermənistan və Azərbaycanın yerli hakimiyyət orqanlarına 1960 cəsəd təhvil verib. Axtarış tədbirlərini davam etdiririk”, - deyə Muradov bildirib.

 

R. Muradov əlavə edib ki, Rusiya sülhməramlıları tərəfindən hər iki tərəfdən ölən hərbçilərin cəsədlərinin axtarış tədbirləri davam etdirilir:

 

“Həmçinin, hər iki tərəfdən 100-dən çox hərbçi əsirlikdən azad edilərək vətənlərinə qaytarılıb".

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir