Modern.az

Erməni mifi beynəlxalq məhkəmələrdə də fiaskoya UĞRAYIR

Erməni mifi beynəlxalq məhkəmələrdə də fiaskoya UĞRAYIR

9 Dekabr 2021, 10:28

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddiası və məqsədi olan “müharibə məhbuslarının dərhal geri qaytarılması”nı təmin etməyib.

Məhkəmədə, həmçinin Ermənistanın Bakıdakı Hərbi Qənimətlər Parkının bağlanmasına dair iddiası da təmin edilməyib. Eyni zamanda, Ermənistanın Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair iddiası da təmin olunmayıb.

Bu 3 məsələ üzrə ermənilərin iddiasının təmin olunmaması Azərbaycan tərəfinin vaxtında və əsaslandırılmış şəkildə sübut-dəlilləri məhkəməyə təqdim etməsindən qaynaqlanır.

 

Bəs proseslər hansı səviyyədə davam edəcək? Çünki Azərbaycan tərəfinin də Ermənistana qarşı məhkəmə iddiaları var.

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri və Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Modern.az-a bildirib ki, bu, uzun sürən prosesdir və hələ bitməyib:

 


“Bu, mərhələlərdən biridir. Bir həqiqət var ki, Ermənistan nə qədər çox beynəlxalq səviyyədə nəyisə sübut etməyə çalışacaqsa, özü bir o qədər də ciddi problemlər qarşısında qalacaq. Biri var hansısa mediada, jurnalda öz fikrini bildirəsən və bu fikir həqiqətə belə uyğun olmasın, biri də var beynəlxalq səviyyədə, faktlara əsalanaraq, fikir bildirəsən. Bunlar fərqli məsələlərdir. Məhz buna görə Ermənistan özü 30 il müddətində Dağlıq Qarabağı tanıya bilmədi. “Soyqırımı” ilə bağlı bir iddiaya Avropa Şurasının İnsan Haqları Məhkəməsində vaxtilə baxılıb və qərar çıxarılıb ki, tarixi abidələri hüquqi müstəvidə yozmaq və don geyindirmək düzgün deyil. Bunu tarixçilər araşdırmalıdır. Eyni hadisənin şahidi oluruq, onların ən böyük bədbəxtliyi odur ki, yalan məlumatı yayırlar və həqiqət kimi özləri qəbul edir. Azərbaycan torpaqlarını işğal edəndən sonra fikirləşirlər ki, hə, bu erməni torpağıdır. Azərbaycan mədəniyyətinin, tarixinin hər birini dəyişdirib deyirlər ki, bunlar erməni mədəniyyətinə aiddir. Eyni şəkildə beynəlxalq qanunu da özləri istəyən şəkildə özəlləşdirməyə başlayıblar.
İkinci Qarabağ savaşı ermənilərə elə zərbə vurub ki, onların qum üstündə kiçilmiş heç bir əsası olmayan bir imarətgahının dağılmasının şahidi oluruq. Onların Qarabağ xəyalları suya düşdü, işğalçılıq siyasəti ifşa olundu. Ermənilər görürlər ki, yalanları üzə çıxır, terrora əl atırlar. Ona görə də biz hər şeyə hazır olmalıyıq. Bununla bağlı işlərimizi düzgün və davamlı qurmalıyıq”.

 


Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, qərar çox güman proseləri dayandırmaq üçündür:

 

“Faktiki olaraq bu prosesdə Azərbaycan tərəfindən hər hansı tarixi abidənin dağıdılması və başqa məsələlər yoxdur. Azərbaycan tərəfinin iddiaları var və bu iddialar əsaslıdır. Bütün tarixi mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılıb, ona görə də bu məsələdə hər hansı şəkildə Ermənilərin iddialarını qəbul etmək düzgün olmazdı. Belə bir qərar qəbul olunsa, məhkəmənin özünün Azərbaycan əleyhinə istəyi olduğu bilinərdi. Ermənilərin iddialarını geri çevirib, Azərbaycanın iddialarını araşdırmalıdırlar, çünki faktiki olaraq ərazi ermənilər tərəfindən işğal olunub. Standartların necə olacağını əvvəlcədən demək çətindir. Bütün hallarda məhkəmənin qərarının obyektiv olması Ermənistanın işğalçı dövlət kimi göstərdiyi fəaliyyətlərə münasibət ortaya qoymasından asılı olacaq. Bütövlükdə bu mübarizəni davam etdirməliyik. Gəncə, Bərdə və Tərtərdə baş vermiş terroru  gündəmdə saxlamalıyıq. Qabaqlayıcı addımlar atmalıyıq, əks halda, ermənilər tərəfindən bu cür iddialar qaldırılacaq və davamlı olacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi