Modern.az

Nazirlikdəki islahatlar davamlı olacaq

Nazirlikdəki islahatlar davamlı olacaq

Aktual

9 Dekabr 2021, 15:10

Gənclər və İdman Nazirliyində aparılan kadr islahatları davamlı olacaq.

 

Modern.az-ın məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında bildirib.

 

Nazir qeyd edib ki, kadr dəyişiklikləri islahatların bir növ davamıdır:

 

“Gənclər və idman sahəsində işlərə başlanılıb. Layihələr hazırlanır. Lakin bu işlər birdən-birə həyata keçirilmir. Hal-hazırda araşdırmalar gedir, təhlillər aparılır. Araşdırmalar nəticəsində hansı istiqamətdə işlərin getməsini müəyyəndirəcəyik və qərarları qəbul edəcəyik.

Gənclər evlərimiz var. Onlar nə ilə məşğuldur, hansı işləri görməlidirlər? Olimpiya idman kompleksləri, idman klublarımızın fəaliyyəti, strukturu necə olmalıdır? Uşaq idmanından tutmuş milli komandaya qədər idmançılarımızın necə olması, hansı dəstəyin göstərilməsi üzərində iş gedir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?