Modern.az

Astarada torpaq sürüşməsi olub

Astarada torpaq sürüşməsi olub

20 Fevral 2010, 17:01

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Astara rayonu Kijəbə qəsəbəsində torpaq sürüşməsi baş verib. Nazirliyin Cənub Regional Mərkəzinin əməkdaşları hadisə yerinə cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qeyd edilən ərazidə uzunluğu təqribən 180 m, eni 100 m olan sahədə torpaq sürüşməsi olub. Nəticədə, sürüşmə ərazisidə olan 3 fərdi yaşayış evi qəza vəziyyətinə düşüb. Hazırda iki yaşayış evinin sakinləri digər yerlərdə məskunlaşıb, digər evin sakinləri isə evin təhlükəli vəziyyətdə olması barədə məlumatlandırılıb.

Modern.az
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir