Ukrayna dövlət başçısı Viktor Yuşşenko prezident seçilməsi münasibətilə Regionlav Partiyasının lideri Viktor Yanukoviçi təbrik etdi. Modern.az-ın Ukraynanın “Unian” agentliyinə istinadən xəbər verir ki, Yuşşenko Yanukoviçin dövlət başçısı postuna legitimliyini tanıyıb. Yüşşenko əmin olduğunu bildirib ki, yeni seçilmiş prezident kimi Yanukoviç dövlət başçısı postunda başlıca missiyanın - əsasən də Ukraynanın birləşdirilməsi üçün bütün səylərini səfərbər edəcək. O, qeyd edib ki, indi “Qərb və Şərq birlikdə” tezisinin reallaşdırılması üçün əlverişli şərait yetişib. Yuşşenko dövlət başçısı postunda Yanukoviçə ölkənin maraqlarını və demokratik ənənələri qorumaq arzusunu çatdırıb.