Modern.az

Qənirə Paşayeva Haaqada çağırış etdi

Qənirə Paşayeva Haaqada çağırış etdi

12 Dekabr 2012, 11:13

“Dünya İnsan Haqları Günü” münasibəti ilə Benelüks Azərbaycanlıları konqresi, Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi (ATSAM), Hollandiya Türkevi Araşdırmalar Mərkəzi, Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasya), Türk Demokratlar Birliyinin təşkil etdiyi konfransda millət vəkili Qənirə Paşayeva  çıxışında Ermənistanın işğalçılıq siyasətindən, 20 ildən artıqdır ki, Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, 20 ildən artıqdır ki, öz evlərinə dönə bilməyən azəbaycanlı qaçqın və məcburi köçkünlərin Ermənistan tərəfindən tapdalanmaqda davam edən haqlarından danışıb. Millət vəkili  Qənirə  Paşayeva  Ermənistanı  insan  haqlarını ən  kobud  və  ən çox pozan ölkə adlandırıb. Millət vəkili Qənirə Paşayeva deyib ki,  beynəlxalq təşkilatlar və ictimaiyyət artıq 1 milyon azərbaycanlı qaçqın və məcburu köçkünün 20 ildən artıqdır ki, Ermənistan tərəfindən tapdalanmaqda davam edən haqlarına biganə yanaşmamalı, qaçqın və məcburi köçkünlərin öz evlərinə dönə bilməsi üçün səyləri daha da artırmalı, Ermənistana bu istiqamətdə təzyiqləri artırmalıdırlar. O, Hollandiya dövlətinin də beynəlxalq təşkilatların, BMT, ATƏT,  Avropa Şurasının üzvlərindən biri kimi 20 ildən artıqdır ki, öz evlərinə dönə bilməyən məcburu köçkün azərbaycanlıların Ermənistan tərəfindən pozulan insan haqlarına qarşı öz etiraz səsini ucaltmaqla bərabər, onların evlərinə qayıda bilməsi istiqamətində səylərini artırmağa çağırıb. “Bu gün modern dünyanın gözü qarşısında Ermənistan 1 milyon insanın haqlarını kobud şəkildə tapdalamaqda davam edirsə, insan haqlarına böyük önəm verən ölkələr laqeyid qalmamalı, bu faciənin aradan qaldırılması istiqamətində səylərini daha da artırmalı, üzv olduqları beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrin həyata keçməsi istiqamətində Ermənistana təzyiqi artıqmalıdırlar. Məhz bu təzyiqin olmaması üzündən Ermənistan bu gün də işğalçılıq əməllərini davam etdirir deyən millət vəkili  Qənirə Paşayeva  problemin həlli istiqamətində Azərbaycanın göstərdiyi səylərdən və Ermənistanın destruktiv mövqeyindən də danışıb.

Millət vəkili Qənirə Paşayeva tədbirdə iştirak edən Türk Dövlətləri və Toplumlarının diaspor təşkilatlarına müraciət edərək deyib ki,  Ermənistanın Azərbaycanlılara qarşı törətdiyi soyqırımın bütün dünyaya çatdırılması və tanıdılması istiqamətində harada yaşamasından asılı olmayaraq bütün Türklər, Türk dünyası birgə çalışmalı və səylərini daha artırmalıdırlar: “Xocalı soyqırımı Türklərə qarşı törədilmiş bir soyqırım olaraq bütün Türk dünyasının problemidir deyən millət vəkili bu soyqırımı törədənlərin öz layiqli cəzalarını alması, dünyanın bu soyqırımı pisləməsi və tanıması istiqamətində bütün Türk dünyası fəal iş aparmalıdır”.

“Xocalı Soyqırımını unutmayacağıq  və  unutdurmayacağıq” şüarının vacibliyini qeyd edən millət vəkili Qənirə Paşayeva  bu soyqırımın dünya ictimaiyyətinə daha geniş çatdırılmasında türk  diaspor təşkilatlarının üzərinə böyük vəzifələr düşdüyünü bildirmişdir. Qarabağ həqiqətlərinin daha geniş şəkildə yayılmasında bu konfransın əhəmiyyətinə toxunan millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsinin bütün türklərin problemi olduğunu bildirmişdi: “Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini artırmalıdır.”Millət vəkili Qənirə Paşayeva Azərbaycanın qondarma erməni soyqırımı idddialarına qarşı mübarizədə daim qardaş Türkiyənin yanında olduğunu bildirib və Azərbaycanın bu istiqamətdə gördüyü işlər barədə ətraflı məlumatlar verib. 2015-ci ilə doğru ermənilərin öz yalan və böhtanları ilə dünyada daha da fəallaşacağını vurğulayan millət vəkili Qənirə Paşayeva deyib ki, “qondarma erməni soyqırımı”na qarşı mübarizə də  harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanının vəzifəsidir. Q.Paşayeva Türk diasporunu qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb.  Millət vəkili Qənirə Paşayeva tədbir iştiraçşılarını maraqlandıran bəzi sualları da cavablandırıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir