Modern.az

“RLS-siz Azərbaycan” hərəkatı bəyanat verdi: “Vaxtından əvvəl sevinməyək”

“RLS-siz Azərbaycan” hərəkatı bəyanat verdi: “Vaxtından əvvəl sevinməyək”

12 Dekabr 2012, 11:21

“RLS-siz Azərbaycan” Hərəkatı Rusiyanın Qəbələ RLS-dən imtinasına münasibət bildirib. Qurumdan Modern.az-a daxil olmuş bəyanatda deyilir:

“Rusiyanın Qəbələ RLS-in fəaliyyətini dayandırmaqla bağlı qərarı təbii ki, hər birimizin ürəyincədir. Ancaq qərarın arxasında Kremlin məkrli siyasətinin dayandığı birmənalıdır. Nəzərdən qaçırmaq olmaz ki, Rusiya Azərbaycanda hər hansı bir bankını, petrol ofisini və ya kommersiya şirkətini qapatmaq haqqında qərar vermir. Rusiya çaplı dövlətin icarə haqqına rəğmən giqant bir hərbi obyektdən imtina etməsi və yaxud Azərbaycanın Kremlə  RLS-in fəaliyyətinə xitam verməsi üçün dirəniş göstərməsi əsla ağılabatan deyil. Tarix boyu Azərbaycana düşmən münasibət bəsləyən Moskvanın Azərbaycan xalqına etdiyi “yaxşılıq” barədə həm hakimiyyət, həm də ictimaiyyət çox ciddi düşünməlidir. Kreml Azərbaycanı təsir altında saxlamaq üçün növbəti bir oyun gerçəkləşdirir. Bu oyunu pozmaq üçün Azərbaycan iqtidarı Litva və Mcarıstan təcrübəsindən yararlanmalı, RLS-in Azərbaycan ekolgiyasına və genefonda vurduğu zərbələr ictimaiyyətə açıqlanmalıdır. 1992-ci və 2002-ci ildə Qəbələ RLS-in fəaliyyətini təftiş edən komissiyaların rəyləri açıqlanmalı və Müstəqil Ekspert Komissiyası yaradılmalıdır.

Vaxtından əvvəl sevinmək, Kremlin bu qərarını Azərbaycan iqtidarının növbəti qələbəsi kimi qələmə vermək hələ tezdir. Unutmayaq ki, Rusiya Qəbələ RLS-in fəaliyyətini dayandırdıqdan sonra belə Azərbaycan çox ciddi təhlükə ilə baş-başa qala bilər.

Qəbələ RLS Azərbaycan dövləti üçün təhlükə mənbəyi, dövlətin bünövrəsinə qoyulmuş tədricən təsirə malik bir bombadır. Azərbaycan iqtidarı, Azərbaycan ictimaiyyəti, xüsusilə, ziyalılr və Kütləvi İnformasiya Vasitələri bu bombanı zərərsizləşdirmək üçün mütləq birgə hərəkət etməli, Qəbələ RLS-in heç bir fəsad vermədən demontajına nail olmalıdır.

Qəbələ RLS Azərbaycanın milli problemidir və əlimizə gözəl bir şans düşüb. Bir nöqtəyə vura bilsək, həm başımızın üstündəki RLS kabusundan, həm də Kremlin cəngindən xilas olmaq mümkündür”.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər