Modern.az

Rəsul Quliyev Ədliyyə Nazirliyindən cavab gözləyir

Rəsul Quliyev Ədliyyə Nazirliyindən cavab gözləyir

12 Dekabr 2012, 14:55

Azərbaycanın eks-spikeri, hazırda Amerikada mühacirət həyatı yaşayan Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyası (ACP) dövlət qeydiyyatından keçə bilmir. Bu barədə Modern.az-a ACP-nin sədri Sülhəddin Əkbər məlumat verib. 7 ildir Ədliyyə Nazirliyindən cavab gözlədiklərini deyən partiya sədri artıq bununla bağlı hüquqi addım atacaqlarını bildirib.

“Çox təəssüf ki, partiyanın qeydiyyatı ilə bağlı heç bir yenilik yoxdur. Baxmayaraq ki, 11 may 2007-ci ildə bu barədə Ədliyyə Nazirliyinə müraciət olunub. Bu müraciətin üstündən neçə illər keçsə də, Ədliyyə Nazirliyi tərəfindən indiyə kimi heç bir rəsmi cavab verilməyib. Rəsmi cavab olmadığına görə də hüquqi müstəvidə hər hansı addım atmaq mümkün deyil. Biz də hüquqşünaslarla məsləhətləşirik ki, Azərbaycan qanunvericiliyi müstəvisində hansı addımları atmalıyıq”, - deyə S.Əkbər vurğulayıb.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı