Modern.az

“Xankəndi aeroportuna görə beynəlxalq prinsiplər pozulmamalıdır” - avropalı diplomatlar

“Xankəndi aeroportuna görə beynəlxalq prinsiplər pozulmamalıdır” - avropalı diplomatlar

12 Dekabr 2012, 15:06

Bolqarıstan, İsveç və Polşanın nümayəndə heyətlərinin rəhbərləri bu gün Bakıda keçirilən mətbuat konfransında bildiriblər ki, Xankəndi aeroportu ilə bağlı məsələdə beynəlxalq prinsiplər pozulmamalıdır . Onlar Xankəndi aeroportunun istismara verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən belə deyiblər. Diplomatlar bildiriblər ki, bununla bağlı fərqli heç bir şey yoxdur: “Biz bu məsələni Avropa İttifaqında müzakirə etmişik. Burada əsas məsələ odur ki, beynəlxalq prinsiplər pozulmasın. Çünki mülki təyyarələrə qarşı hücumların olmaması məsələsi önəmlidir. İstənilən halda elə qərarlar olmalıdır ki, beynəlxalq prinsiplərə zidd getməsin”.     

Nihadə Eyyubova  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir