Modern.az

İsveçli nazir: “Qarabağla bağlı münaqişənin həlli olduqca önəmlidir”

İsveçli nazir: “Qarabağla bağlı münaqişənin həlli olduqca önəmlidir”

Aktual

12 Dekabr 2012, 15:56

“Bolqarıstan, İsveç və Polşanın nümayəndə heyətləri prezidentlə Qarabağ, Azərbaycan və Avropa arasındakı məsələlər, eləcə də Bakı-Tblisi-Qars dəmiryolu, Azərbaycanın Avropa ilə enerji məsələləri müzakirə ediblər”. Modern.az-ın məlumatın görə, bunu Bolqarıstan, İsveç və Polşanın nümayəndə heyəti ilə görüşü zamanı xarici işlər naziri Elmar Məmmədyarov deyib.

  İsveçin xarici işlər naziri Karl Bild bildirib ki, Cənubi Qafqaza ilk səfərlərinin Azərbaycandan sonra Ermənistanda və Gürcüstanda səfərdə olacaqlar: “Qarabağla bağlı münaqişənin həlli olduqca önəmlidir. “Şərq Tərəfdaşlığı”nın Vilnüsdə keçiriləcək sammiti ərəfəsində bölgə ölkələri ilə müzakirə aparmaq və Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə etmək istəyirik”.   O, Azərbaycanla dialoqun davam etdirilməsində maraqlı olduqlarını vurğulayıb. Nazir qeyd edib ki, görüş zamanı Vilnüs sənədi imzalanacaq.

Bolqarıstanın xarici işlər naziri Nikolay Mladenov deyib ki, Azərbaycan Cənubi Qafqazda regionun tam ortasında yerləşdiyindən müxtəlif problemlərlə üzləşir. Ona görə də münasibətlər təkcə enerji əməkdaşlığı üzərində qurulmamalıdır: “Enerji sahəsi əlbəttə ki, vacibdir, lakin biz başqa sahələrdə də əməkdaşlığı da inkişaf etdirmək istəyirik”.  

Nihadə Eyyubova

 
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür