Modern.az

Heydər Əliyevin ruhuna məscidlərdə ehsan verilib

Heydər Əliyevin ruhuna məscidlərdə ehsan verilib

12 Dekabr 2012, 17:22

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) rəhbərliyi və mərkəzi aparatın əməkdaşları mərhum dövlət başçısı Heydər Əliyevin vəfatının 9-cu ildönümü münasibətilə Fəxri xiyabanı ziyarət etib, məzarı önünə əklil və tər güllər qoyublar.

DQİDK-nin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, DQİDK və Qafqaz Müsılmanları İdarəsinin təşəbbüsü ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən dini icmaların iştirakı ilə Azərbaycanın mərhum prezidenti  Heydər Əliyevin vəfatının 9-cu ildönümü münasibətilə tədbirlər təşkil edilib. DQİDK-nin bölgə şöbələrinin təşəbbüsü ilə baş tutan tədbirlərdə dini icma rəhbərləri, dindarlar və ictimaiyət nümayəndələri iştirak ediblər.

Paytaxt Bakı və Sumqayıt şəhərləri daxil olmaqla analoji tədbirlər Gəncə (Qərb bölgəsi), Lənkəran (Cənub bölgəsi), Zaqatala (Şimal-Qərb bölgəsi), Beyləqan (Qarabağ bölgəsi), Ağdaş (Şirvan  bölgəsi), Quba (Şimal bölgəsi)şəhərlərində baş tutub. Anım tədbirlərində  Heydər Əliyevin əvəzsiz xidmətlərindən, xüsusən də dini sahəyə olan qayğısından söz açılıb,  Azərbaycandakı müasir tolerantlıq mühitinin və sabitliyin formalaşmasının məhz onun müdrik, məqsədyönlü siyasətinin nəticəsində bərqərar olduğu vurğulanıb.

Qeyd edilib ki, hazırda dini sahəyə dövlət qayğısı görkəmli siyasi xadim  Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Tədbirlərdə dindarlar tərəfindən Heydər Əliyevin  ruhuna dualar edilib, Qurani-Kərimdən surələr oxunub, məscidlərdə ehsan süfrələri açılıb, dahi rəhbərin adına xütbə və moizələr oxunub.  

Modern.az
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir