Modern.az

İlham Əliyev Bakıda Viktor Yanukoviçlə görüşüb

İlham Əliyev Bakıda Viktor Yanukoviçlə görüşüb

Aktual

13 Dekabr 2012, 09:26


Dekabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin görüşü olub.
Azərbaycan Prezidenti İlham Əliyev görüşdə deyib ki, onlar arasında dəfələrlə ikitərəfli münasibətlər müzakirə olunub.
“Həm də çox şadam ki, irəliyə doğru tərəqqi görünür. Həm siyasi, həm  iqtisadi, həm də digər sahələrdə irəliləyiş göz qabağındadır.
Biz istiqaməti uzunmüddətli və çoxşaxəli əməkdaşlığa yönəltmişik və əminəm ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri uğurla davam edəcəkdir. Bir daha xoş gəlmisiniz”.

Ukrayna prezidenti  Viktor Yanukoviç bu səfərin ikitərəfli münasibətlərin daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan olduğunu vurğulayıb.
“Mən, həmçinin bu gün Ukraynanın yaxın dostu olan Heydər Əliyevin nurlu xatirəsini yad edənlərə qoşulmaq istəyirəm. Siz bu ənənəni ləyaqətlə davam etdirirsiniz”.
Azərbaycanın əldə etdiyi uğurlardan da danışan Ukrayna Prezidenti deyib:
“Biz həmişə dostlarımızın uğurlarına sevinirik və mən bilirəm ki, Siz də Ukraynaya eyni səmimi münasibət  bəsləyirsiniz. Düşünürəm ki, bizim birlikdə ürəkdən, dostcasına müzakirəyə  çıxarılmalı ənənəvi məsələlərimiz vardır. Əlbəttə, mən çox şadam ki, Azərbaycan birinci Avropa Olimpiya Oyunlarını keçirən ölkə olacaqdır”.

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!