Modern.az

Türk Dünyasının gənclik günləri keçiriləcək

Türk Dünyasının gənclik günləri keçiriləcək

Aktual

13 Dekabr 2012, 12:06

1992-ci ilin fevral ayında Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində təsis edilən və 18 ölkədən 36 türkdilli xalqın 40-dan çox təşkilatını birləşdirən, fəaliyyətinin əsas məqsədi türkdilli xalqlara mənsub gənclər arasında həmrəylik və əməkdaşlıq bağlarının yaradılması və gücləndirilməsi, onlara mənəvi köməklik göstərilməsi, ümumtürk mədəniyyətini dirçəltmək və tanıtmaq, bütün türkdilli xalqların yaşadıqları bölgələrin problemlərini dünya ictimaiyyətinə tanıtmaq və onların həlli yollarını tapmağa çalışmaqdan ibarət olan, bu günə qədər ondörd Türk Dünyası Gənclik Günləri və Qurultayları, on bir Türk Dünyası Gənc Liderlər Toplantısı, bir Türk Dünyası İdman Oyunları Olimpiadası, onbir Türk Dünyası Gənclik Musiqi Festivalı, onlarla beynəlxalq konfrans, seminar və sərgi təşkil etmiş, “Bengü” (“Əbədiyyət”) qəzetini nəşr edən Dünya Türk Gəncləri Birliyi (DTGB) bu gün də türkdilli xalqların, o cümlədən Azərbaycan xalqının mənafeyinə uyğun tədbirləri həyata keçirməyə, onların haqq və hüququnu müxtəlif beynəlxalq səviyyələrdə qorumağa davam edir.

Hazırda isə Bakıda ilk Gənclər Evi layihəsini hıyata keçirir. Türkdilli ölkələrin, o cümlədən Azərbaycanın gənclik təşkilatlarının əməkdaşlığı çərçivəsində görülən işlərin mütəmadiliyinin vacibliyi ən aktual məsələdir və bu məsələ daim birliyin diqqəti mərkəzində olub. Bu fəaliyyətlərin tərkib hissəsi müxtəlif ölkələrdə təşkil olunan Türk Dünyası Gənclik Günləri və Qurultaylarıdır.

Bu tədbirlərin davamı olaraq müxtəlif türkdilli dövlət və xalqların gənclik təşkilatlarını bir araya gətirmək, onlarla görüşlər keçirmək və gələcək fəaliyyətlərlə bağlı razılaşmalar əldə etmək üçün “Dünya Türk Gəncləri Birliyi” İctimai Birliyi  16-19 dekabr 2012-ci il tarixdə Türkiyənin İstanbul şəhərində XV Türk Dünyası Gənclik Günləri və Qurultayını keçirməyə hazırlaşır.  

Bu dəfə ki, qurultay digər qurultaylardan fərqli olacaq. Belə ki, daha əvvəlki qurultaylarda fin-uqor xalqlarının nümayəndələri iştirak etdiyi kimi, bu qurultayda da iştirak edəcəklər. İlk dəfədir Buryat və Kalmık (monqol dilli) xalqlarının nümayəndələri qurultayda iştirak edəcək.Bu vaxta kimi təmsil olunmayan və adı ancaq qədim tarixdə hallanan Şimali Qafqazda yaşayan turuxmenlərin nümayəndələrinin də iştirakı gözlənilir. Daha bir ilk qurultay günlərində DTGB-nin qadınlar şurasının və Türk Dünyası gənc jurnalistlərinin ilk zirvəsi keçiriləcəyi planlaşdırılır. Türkiyədə təhsil alan azərbaycanlı gənclər də iştirak edəcək. Hər iştirak edəcək xalqdan  gənc  ifaçılar və sənətçilər öz musiqi folklor mədəniyyətindən maraqlı və fərqli türk havaları, rəqsləri ifa edəcəklər.  

Qurultayda bir çox Azərbaycan, Türkiyə rəsmiləri iştirak edəcək.   Qurultay Gənclər və İdman Nazirliyinin və həmçinin Gənclər və İdman nazirliyinin nəznində fəaliyyət göstərən Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçiriləcək.    

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir