Modern.az

Əfsanəvi və çılğın FORD MUSTANG artıq Azərbaycanda - FOTO

Əfsanəvi və çılğın FORD MUSTANG artıq Azərbaycanda - FOTO

Aktual

13 Dekabr 2012, 13:15


Qədim tarixə malik, əfsanəvi Ford brendinin ən uğurlu nümayəndələrindən olan Ford Mustang modeli artıq Azərbaycan yollarında öz izini qoyacaq. Sürətsevərlərin idealına çevrilən model, heyrətləndirici eksteryeri və texnoloji yeniliklərlə zəngin, əsl lüks idman üslubunu özündə cəmləşdirən interyeri ilə hər kəsi valeh edəcək.

Ford Mustang – Amerikanın performans və üslub ikonu sayılır. Modelin özünə əmin görünüşü və texnoloji yeniliklərdən xəbər verən intellektual funksiyalarının çoxluğu onu avtomobil yollarının liderinə çevirir. “Mustang – bizi mükəmməlliyə həvəsləndirir” deyə şirkətin baş mühəndisi Dave Pericak qeyd edib. Baş konstruktor Darrell Behmer isə “Biz fərqli və emosional dizayna malik avtomobil istehsal etdik” söyləyərək, modelin sələflərinə sadiq qalmasını, lakin, sürücünün idarəetmədən zövq alması üçün daha müasir funksiyaların əlavə edildiyini vurğuladı.
Ford Azərbaycan satış mərkəzində təqdim edilən Mustang - 3.7 litr həcmli 305 a.g.-ə malik və 5.0 litr həcmli 420 a.g.-ə malik mühərriklərlə təchiz edilən iki modifikasiyada müştərilərə təklif edilir. Hər iki versiya avtomatik transmissiya ilə təchiz olunub. Modelin ətraflı texniki göstəriciləri və qiyməti haqqında məlumatları Ford Azərbaycan satış mərkəzindən əldə edə bilərsiniz.
Ford Azərbaycandan tərəfindən bütün Ford modellərinə 3 il və ya 100.000 km zəmanət təqdim edilir.

“FNC Motors“ şirkəti 2003-cü ildən Azərbaycan bazarında “Ford” avtomobillərinin rəsmi idxalçısıdır. Şirkət Ford markalı avtomobillərin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. “FNC Motors” Salonundan alınan hər bir avtomobilə 3 il müddətinə və ya 100.000 km zəmanət verilir. “FNC Motors” bütün fəaliyyətini beynəlxalq standartın tələbləri əsasında həyata keçirir.

Əlavə məlumat üçün ünvan və telefonlar:
Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai pr., 36 (Təhsil Nazirliyi ilə üzbəüz)
Telefonlar: (+994 12) 496 00 21, 490 01 10,
E-mail: [email protected]
Rəsmi sayt: www.ford.az
Facebook səhifəsi: //www.facebook.com/fordazerbaijan
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür