Modern.az

Vüqar Səfərli və Müşfiq Ələsgərli “Belçika Azərbaycan evi”ndə... - FOTO

Vüqar Səfərli və Müşfiq Ələsgərli “Belçika Azərbaycan evi”ndə... - FOTO

13 Dekabr 2012, 16:06

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və Fondun Müşahidə Şurasının üzvü Müşfiq Ələsgərli Brüsselə səfərləri çərçivəsində “Belçika Azərbaycan evi” Cəmiyyətində görüş keçiriblər. Cəmiyyətin ofisinə gələn nümayəndə heyətini qurumun sədri Bülənt Gurçam qarşılayıb.  O, qonaqları Cəmiyyətin ofisində toplanmış milli eksponatlarla, kitabxana ilə, həmçinin, cəmiyyətin iş prinsipləri ilə tanış edib.

Gürçam bildirib ki, Cəmiyyətdə hal-hazırda 130 nəfər azərbaycanlı birləşir. Fondun icraçı direktoru Vüqar Səfərli qəbul üçün Bülənt Gürçama təşəkkür edib və Azərbaycan mediasının diaspor təşkilatlara hər zaman həssas yanaşdığını bildirib.  O qeyd edib ki, ayrı-ayrı diaspor təşkilatlarının fəaliyyətinin Azərbaycan mediasında daha geniş formada işıqlandırılması üçün Fond hər zaman dəstək verməyə hazırdır.

Qeyd edək ki, KİVDF nümayəndə heyəti Brüsselə “Avropa  Etik Jurnalistika Şəbəkəsi”nin dəvəti ilə səfər edib. Nümayəndə heyəti dekabrın 10-13-də “Etik Jurnalistika Şəbəkəsi”nin konfransında iştirak edib.  Həmçinin, Konfrans müddətində müxtəlif beynəlxalq təşkilatların təmsilçiləri ilə  görüşlər keçirilib. 


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir