Modern.az

“Ermənilər 20 ildir film çəkir” - “Dağlıq Qarabağın Azərbaycanlı İcması”nın sədri

“Ermənilər 20 ildir film çəkir” - “Dağlıq Qarabağın Azərbaycanlı İcması”nın sədri

13 Dekabr 2012, 17:06

“Mən o filmə baxmamışam, film haqqında məlumatım da yoxdur. Amma ermənilər 20 ildir ki, film çəkir, çünki ermənilər bizim kimi deyil. Onlar həmişə bir-birinin qayğısına qalır”.
Bu fikirləri Modern.az-a açıqlamasında “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov ermənilərin Qarabağ mövzusunda çəkdiyi “Əgər hamı...” filmi barədə danışarkən deyib:
“Erməni onsuz da yaranan gündən şərdir, bizim olanları bəzəyib-düzəyib, dünya ictimaiyyətini aldadırlar. Bu plagiatlıq ermənin peşəsidir. Əgər Qarabağ haqqında film çəkilirsə, Azərbaycan xalqının mövqeyi  hökmən orada göstərilməlidir. Əlbəttə, filmdə hər iki xalqın aktyorları, rejissorlarının iştirakı lazımdır. Amma indi bunu erməni çəkibsə, deməli, erməni tərəfi öz xeyrinə çəkir və dünya ictimaiyyətini aldadır”.

 

Nihadə Eyyubova

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!