Modern.az

Xocalı faciəsi ilə bağlı daha bir e-mail aksiyası

Xocalı faciəsi ilə bağlı daha bir e-mail aksiyası

22 Fevral 2010, 10:30

Sumqayıt şəhər gənclər təşkilatlarının təşəbbüsü ilə şəhər Gənclər və İdman Baş İdarəsi Xocalı faciəsi ilə bağlı 17 fevral 2010-cu ildən başlayaraq e-mail aksiyası təşkil edir. E-mail aksiyası 26 fevral 2010-cu il tarixinədək davam edəcək. Modern.az-ın məlumatına görə, e-mail aksiyasına şəhərdə fəaliyyət göstərən gənclər təşkilatlarının üzvləri, ali və orta ixtisas məktəblərində təhsil alan tələbələr, habelə müxtəlif idarə, müəssisə və təşkilatlarda çalışan gənclər qoşulub.

Aksiya çərçivəsində gənclər Xocalı soyqırımı haqqında ingilis və rus dillərində qısa məlumat və video lentləri xarici ölkələrin hökumət nümayəndələrinə, habelə beynəlxalq təşkilatlarının nümayəndələrinə, xarici ölkələrdəki gənclər təşkilatlarına elektron poçt vasitəsi ilə məlumat göndərirlər.

Aksiyanın təşkilində Sumqayıt İnformasiya Texnologiyaları Akademiyası, İREX-in Sumqayıt nümayəndəliyi texniki dəstək göstərir. 

Modern.az

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı