Modern.az

Sülhəddin Əkbər “istiqlalçı deputatlar”a MÜRACİƏT etdi

Sülhəddin Əkbər “istiqlalçı deputatlar”a MÜRACİƏT etdi

Aktual

14 Dekabr 2012, 10:43

“İstiqlal ideyasını canlı tutmaq, cəmiyyətə ciddi mesajlar vermək üçün bu quruma ehtiyac var”. Azərbaycanın Müstəqilliyi haqqında Konstitusiya Aktına imza atan sabiq “istiqlalçı deputat”, Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər keçmiş həmkarlarına müraciət ünvanlayıb. Modern.az-a açıqlamasında ACP sədir ara-sıra biraraya gələrək görüşlər keçirən “istiqlalçı” deputatların ölkədə gedən prosseslərə təsir baxımından daha da  güclü təşkilatda formalaşmasının vacibliyini bildirib. S.Əkbərin fikrincə, “istiqlalçı deputatlar” həm istiqlal ideyasını canlı tutmaq və eləcə də cəmiyyətə təsiredici mesajlar vermək üçün böyük potensiala malikdirlər.

“Bildiyimiz kimi, “istiqlalçı deputatlar”ın artıq Məclisi formalaşdırılıb. Biz dəfələrlə milli maraqlar naminə, milli problemlərlə bağlı məsələlərə münasibət bildirmişik. Zaman-zaman toplaşırıq, bizim rəsmi yığıncaqlarımız da olur, qeyri-rəsmi görüşlərimiz də keçirilir. İstiqlal ideyasını canlı tutmaq, cəmiyyətə ciddi mesajlar vermək üçün bu quruma ehtiyac var. Amma bunun gələcəyi necə olacaq, daha dərin strukturlaşma gedəcək, ya getməyəcək, deyə bilmərəm. Hələki indiki forma iştirakçıları qane edir.
Bizim növbəti görüşümüz də planlaşdırır. Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə bağlı tədbir keçirməyi düşünürük. Yəqin bu barədə mətbuata məlumat veriləcək”, - deyə “istiqlalçı deputat” vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın Müstəqilliyi haqqında Konstitusiya Aktına imza atan “istiqlalçı deputatlar”dan hazırda üzdə görününlər Müsavat Partiyasının başqanı İsa Qəmbər, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov, sabiq deputatlar İxtiyar Şirin, Sülhəddin Əkbər, İbrahim İbrahimli, Arif Hacılıdır.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır