Modern.az

Şair İlyas Tapdıq xəstəxanaya düşdü

Şair İlyas Tapdıq xəstəxanaya düşdü

Aktual

14 Dekabr 2012, 10:51

Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, prezident təqaüdçüsü, şair İlyas Tapdığın səhhətində problem yaranıb. Artıq 10 gündür ki, şair Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həyat yoldaşının vəfat etməsindən sonra şairin səhəttində ciddi problemlər yaşanıb.

Modern.az İlyas Tapdıqla əlaqə saxlayıb. Şairin saytımıza verdiyi məlumata görə, səhhətində elə də ciddi problem yoxdur:

“Bu il həyat yoldaşımı itirdim. Bu da mənə çox pis təsir etdi. İstər-istəməz sağlamlığıma təsir etdi. Amma sağlamlığımla bağlı elə də problemim yoxdur. Sadəcə olaraq havaların qeyri-sabit keçməsi mənə bir balaca təsir edib. Havada maqnit qasırğasının olması mənə pis təsir göstərib. Həm son günlər işlərim işim çox oldu və buna görə də çox yoruldum. İmunnitetim zəifləmişdi. On gündür ki, xəstəxanadayam. Artıq hər şey normaldır. Elə də qorxulu vəziyyət yoxdur. İki gündən sonra evə buraxılacam”. 

Gültəkin Ələsgər           
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!