Modern.az

“Muğanbank”ın baş ofisində adsız istiqrazların 25-ci tirajı keçiriləcək

“Muğanbank”ın baş ofisində adsız istiqrazların 25-ci tirajı keçiriləcək

14 Dekabr 2012, 11:03
“Muğanbank” ASC-nin baş ofisində dekabrın 15-də adsız istiqrazların sayca iyirmi beşinci tirajı keçiriləcək. “Muğanbank”ın marketing departamentindən Modern.az-a bildirilib ki, tirajın gedişi online rejimdə  “Muğanbank” ASC-nin www.muganbank.az saytında canlı yayımlanacaq.

Uduşa düşən  istiqrazların nömrələri ilə “Xalq qəzeti”nin tirajdan sonrakı növbəti buraxılışında, həmçinin, bankın rəsmi saytında tanış ola bilərsiniz. Xatırladaq ki, nominalı 50 manat olan adsız istiqrazlar emitent tərəfindən on il müddətinə, 1 mln  ədəd buraxılıb. Hər tirajda uduşlu istiqrazların sayı 1200 ədəd təşkil edir. Maksimum uduş məbləği 50 000 manatdır. “Muğanbank” ASC-nin öhdəliklərinə əsasən 10 il müddətində 45 gündən bir olmaqla 80 tiraj keçiriləcək.

İstiqraz sahiblərinə hər bir tiraj barədə məlumat veriləcək və onlar bankın Ə.Rəcəbli küç. 21B ünvanında yerləşən baş ofisinə gələrək hər bir tirajda iştirak etmək hüququ var. Hazırkı məhsulun uduş faizi kifayət qədər yüksəkdir, habelə hər bir istiqraz sahibinə illik 2% gəlir təmin edilir. İstiqraz sahibləri istiqrazlarını istənilən vaxt banka qaytarmaq imkanına malikdirlər. İstiqraz qaytarılarkən nominal məbləğinin üzərinə yuxarıda göstərilən illik faiz əlavə olunur. İstiqrazlar hər zaman real pullar deməkdir!    
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır