Modern.az

Nazim İbrahimov prezidentə məktub yazdı

Nazim İbrahimov prezidentə məktub yazdı

14 Dekabr 2012, 13:06

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti Nazim İbrahimov Prezident İlham Əliyevə məktub yazıb. Modern.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Nazim İbrahimovun ölkə  baçısına unvanladığı təbrik məktubunda deyilir:

“Möhtərəm cənab Prezident! Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasının 2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının Bakı şəhərində keçirilməsi haqqında qərarı bütün xalqımız kimi, Azərbaycan Qılıncoynatma Federasiyasının kollektivini də sevindirib. Bu münasibətlə Sizi Federasiyanın kollektivi adından ürəkdən təbrik edirik.

Avropa Olimpiya Oyunlarının ölkəmizdə keçirilməsi qərarı bir tərəfdən Azərbaycanın sürətli iqtisadi inkişafının nəticəsidirsə, digər tərəfdən respublikamızda idmana göstərilən dövlət qayğısının, beynəlxalq səviyyəli yarışlarda əldə edilən yüksək nailiyyətlərin təsdiqidir. Sizi əmin etmək istərdik ki, Azərbaycan Qılıncoynatma Federasiyası Bakıda keçiriləcək birinci Avropa Olimpiya Oyunlarının yüksək səviyyədə təşkili və ölkəmizin bu mötəbər yarışda layiqincə təmsil olunması üçün əlindən gələni əsirgəməyəcək”.  

Mail Ağaxanov
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?