Modern.az

Zakir Qaralov daha iki rayona yeni prokuror təyin edib

Zakir Qaralov daha iki rayona yeni prokuror təyin edib

Aktual

14 Dekabr 2012, 18:37

  Daha bir neçə rayonun prokuroru dəyişdirilib. APA-nın məlumatına görə, bu barədə Baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Bakının Nəsimi rayon prokuroru Aqşin Ziyadov tutduğu vəzifədən azad edilərək paytaxtın Nizami rayonuna prokuror təyin edilib.

Baş Prokurorun digər əmri ilə Ağsu rayon prokuroru Salman Məmmədli Bakının Nəsimi rayon prokuroru vəzifəsinə təyinat alıb. 

Ağsu rayon prokuroru vəzifəsinə isə hələlik təyinat yoxdur.

Qeyd edək ki, Aqşin Ziyadov mərhum yazıçı Yusif Səmədoğlunun kürəkənidir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU