Modern.az

Bakıda qaz sızmasından bina partlayıb

Bakıda qaz sızmasından bina partlayıb

Təhsil

22 Fevral 2010, 11:18

Bu gün səhər saat 05:40 radələrində Binəqədi rayonu 12-ci Mədən küçəsi, 89-cu korpus ünvanında yerləşən ikimərtəbəli yaşayış binasında partlayış baş verib. Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, partlayış nəticəsində yaxınlıqda yerləşən rayon Hərbi Komissarlığının şüşələri də sınıb.
İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub. Faktla bağlı Rayon Polis İdarəsinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları araşdırma aparır. Bəzi məlumatlara görə, evin gözətçisi dağıntı altında qalıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!