Modern.az

Polat Alemdar “Möhtəşəm Yüzyıl”də şok yaradıb

Polat Alemdar “Möhtəşəm Yüzyıl”də şok yaradıb

15 Dekabr 2012, 11:47

“Muhtəşəm Yüzyıl” serialının Mahidevranı Polat Alemdarın evlənməsinin şokunu yaşayır. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, “Kurtlar Vadisi” serialının Polat Alemdarı Necati Şaşmazın sürpriz evlilik qərarı keçmiş sevgilisi “Mühteşem Yüzyıl” serialından yaxşı tanıdığımız Nur Fettahoğlunu depressiyaya salıb. Aktrisa N.Şaşmazın evlilik xəbərini internetdən oxuyub. Ağlamaqdan gözlərini şişən N.Fettahoğluna hazırda rol aldığı serialdan 2 gün icazə veriblər. Yaxın dostlarının dediyinə görə, aktrisa bu günlərdə heç nə yemir və içmir.

Bununla yanaşı, Necati Şaşmazın qayınatası bildirib ki, aktyor ailəsi ilə birgə elçiliyə yayda gəlib. Qeyd edək ki, Necati Şaşmaz və Nur Fettahoğlu 1.5 il idi ki, birlikdəydilər və bir ay  əvvəl ayrıldıqlarını bildiriblər. 

Sevinc  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir