Modern.az

İranda səfərdə olan parlament nümayəndə heyəti bu gün Azərbaycana dönəcək

İranda  səfərdə olan parlament  nümayəndə  heyəti bu gün Azərbaycana dönəcək

22 Fevral 2010, 11:24

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə İranda səfərdə olan parlament nümayəndə heyəti bu gün Azərbaycana dönəcək. Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat xidməti məlumat verib. Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədrləri Eldar İbrahimov, Şəmsəddin Hacıyev, Hadi Rəcəbli, deputatlardan Əli Əhmədov, Asəf Hacıyev, MM Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər. Səfər müddətində Milli Məclisin sədri İslam Şurası Məclisinin sədri Əli Laricani, İran Prezidenti Mahmud Əhmədi Nejad, ölkənin xarici işlər naziri Mənuçehr Mottaki və Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi ilə bir sıra görüşlər keçirib. Həmçinin səfər müddətində parlament nümayəndə heyətinin üzvləri Təbriz şəhərində olublar, Şərqi Azərbaycan vilayətinin ostandarı Əhməd Əlirza Beygi və ölkənin dini rəhbərinin buradakı nümayəndəsi, Təbriz cümə namazının rəhbəri Ayatulla Möhsünlə də görüşüblər.

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir