Modern.az

"FİM Bank”dan 20 min 590 avro tutularaq Azərbaycan dövlətinə veriləcək

"FİM Bank”dan 20 min 590 avro tutularaq Azərbaycan dövlətinə veriləcək

Təhsil

22 Fevral 2010, 11:48

Fevral ayının 17-də Maltanın “First İnternational Merchant Bank”ının (“FİM Bank”) Azərbaycan dövlətinə qarşı 6 milyon yeddi yüz yetmiş beş min ABŞ dolları məbləğində iddiası ilə əlaqədar 2004-cü ildən davam edən məhkəmə prosesində yekun qərar qəbul olunub. Modern.az-ın məlumatına görə, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən xəbər verilib.

Rotterdam məhkəməsinin hakimi van Zelm van Eldik tərəfindən “FİM Bank”-ın iddiasının rədd edilməsi, habelə “FİM Bank”dan 20 min 590 avro vəsaitin tutularaq Azərbaycan dövlətinə verilməsi qərara alınıb.

Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən «Poçtbank» Səhmdar Kommersiya Bankı külli miqdarda borcu yarandığı üçün Azərbaycan hökuməti adından müəyyən sənədlər təqdim etməklə «FIM Bank»dan kredit alıb. «FIM Bank»da həmin sənədlərin həqiqi olmadığını bilsələr də, ikitərəfli razılaşmalar nəticəsində kredit ayrılıb. Bu sənədlərdə göstərilib ki, guya Rabitə Nazirliyinə məxsus olan «Aztell» və «Baktell» şirkətləri (əslində bu şirkətlər mövcud olmayıb) üçün telekommunikasiya avadanlıqları alınacaq və həmin vəsaitin geri qaytarılmasına dövlət Rabitə Nazirliyi qismində zəmanət verir. «Poçtbank» bu krediti qaytara bilmədiyi üçün «FIM Bank» onu Azərbaycan dövlətindən almaq məqsədilə müxtəlif ölkələrdə məhkəmələrə müraciət edib.

Adıçəkilən bankın iddiası üzrə Rotterdam məhkəməsinin 24 dekabr 2008-ci il tarixli ilkin qərarı ilə müəyyən edilmişdir ki, məhkəməyə təqdim edilmiş sübutlar əsasında Rabitə Nazirliyi (RN) tərəfindən “FİM Bank”a zəmanət öhdəliyinin verilməsi qənaətinə gəlmək mümkün olmur, “FİM Bank” RN-in dövlət qulluqçularının dələduzluq etməsini, RN (yəni, dövlət) tərəfindən “Poçtbank”dan vəsaitlərin qanunsuz götürülməsini, iddianın əsası olan sənədlərin müxtəlif dövlət qurumlarında leqallaşdırılmasını sübuta yetirə bilməyib.
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!