Modern.az

DAK Bakıda İran səfirliyi qarşısında aksiya keçirdi

DAK Bakıda İran səfirliyi qarşısında aksiya keçirdi

Təhsil

22 Fevral 2010, 12:59

Bu gün Dünya Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.
Modern.az xəbər verir ki, aksiyada məqsəd fevralın 20-də Təbrizdə Azərbaycan konsulluğunun qarşısında baş verən hadisələrə - Azərbaycan bayrağının yandırılması, Azərbaycan əleyhinə şüarlar səsləndirilməsinə etiraz bildirmək idi. Aksiya iştirakçıları səfirlik qarşısında öz bəyanatlarını səsləndiriblər. Onlar  «Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun» şüarları ilə çıxış ediblər.
Aksiya dinc şəraitdə keçib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır