Arxiv
23 Sentyabr 2015, 09:00 | FOTOSÖHBƏT
Şair Məmməd Aslan- FOTOLARDA
Məmməd Aslan 1939-cu il dekabrın 24-də Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində anadan olub. Klassik ədəbiyyata dərin bələd olan atasının gözəl şeir demək təbi olsa da, onları çap etdirməyib. Lakin bunlar kiçik yaşlı oğlunda şeirə-sənətə tükənməz həvəs oyatdıb. Kəlbəcər qəsəbəsində orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitunun Filologiya fakültəsində təhsil alıb (1957-1962).

Əmək fəaliyyətinə Kəlbəcər rayonundakı Yanşaq, İstisu kənd məktəblərində müəllim kimi başlayıb. O, Kəlbəcər qəsəbəsində bir müddət müəllimlik etdikdən sonra rayonda nəşr olunan çoxtirajlı "Yenilik" qəzeti redaksiyasında məsul katib işləyib. 1970-ci ilin axırlarında Bakıya köçüb, burada "Ulduz", "Azərbaycan təbiəti" jurnallarında, "Azərbaycan gəncləri", "Ədabiyyat və incəsənət" qəzeti redaksiyalarında çalışıb, "Yazıçı" nəşriyyatında böyük redaktor olub.
Bədii yaradıcılığa 1960-cı ildə "Azərbaycan müəllimi" qəzetində çıxan ilk şeirilə başlayıb. Dövri mətbuatda müntəzəm çıxış edib. Keçmiş SSRİ xalqları ədəbiyyatından tərcümələrə xüsusi qayğı ilə yanaşıb. Zülfiyyənin "Torpağa səcdə", qazax şairi Qədir Murzalıyevin "Bu bağda bülbüllər ötər" (1980) şeirlər məcmuələrini şərikli tərcümə edib.
Bir sıra beynəlxalq və respublika mükafatları laureatıdır. "Şöhrət" ordeni ilə təltif edilib (2000). Saysız-hesabsız şeirlərin müəllifi olan Məmməd Aslanın dekabırın 23-də 73 yaşı tamam olur.

 

 

Təxminən V sinifdə oxuyurdum. Bərdənin Qəhrəmanlı kəndində yaşayırdıq. 

 

Orta məktəbdə oxuyarkən. Məktəbi gümüş medalla bitirmişəm. O zamanlar arxanca gedən olmasa, qızıl medalı verən olmurdu. Allah bilir ki, mən qızıla layiq bitirmişdim.

 

5-ci sinifdə oxuduğum vaxtlardır. Ya dərsə gedirəm, ya da dərsdən qayıdıram.

 

Əhəd Hüseynov, mən və tələbə yoldaşlarımız. Tələbəlik illəri...

 

 

 

Bunlar tələbə dostlarımdır. İnsan nə qədər kasıb, xəstə olsa da, tələbəliyi çox böyük həyəcanlarla yaşayır.  

 

Fərman Kərimzadə və mən. Birinci kursda çəkilib.

 

 

 

İnstitutda oxuyarkən. 1960-cı ildə çox bəlalar, sürgünlər görmüş Ərəbistanın bir şairidir. Mənim oxuduğum şeirə görə döşümə gümüşdən göyərçin nişanı sancır.

 

Bu isə anam Xədicədir.  

 

Xuruşşov Azərbaycana gəlirdi. Bizi keçmiş  hava yollarının kassaları yaxıınlığında dayandırmışdılar. Yanımdakı yaşdaşım şair Salman Ramazanovdur. Nəsə atüstü bir söhbət edirik.

 

Tələbəlik illəri, 1957-ci illərdən sonra. Yanımdakı İlyas İsmayılovdur. Laçının Hoçaz kəndindəndir. Dünyadan çox tez və nakam getdi. Bizə yalnız şeirləri qaldı.

 

Saçları dağınıq Məcnuna oxşayan o cavan, o bəxtəvər Məmməd Aslandır. Təxminən 1959-cu illərdə tələbə yoldaşlarımla birlikdə çəkilib. Qonşu fakültələrin uşaqları bizim qızlardan soruşurdular ki, o Məcnun hara getdi, nə etdi... İndi isə boş-bekar adam başımdakı tükü 50 saniyəyə sayıb qurtarar.

 

Çox maraqlı bir şəkildir. Soldan Qəmbər Şəmşiroğlu, başı papaqlı Hüseyn, Ələsgərin oğlu Açıq Talıb, onun oğlu İslam Ələsgərov, Haqverdi Ələsgərov, mən, yanımdakı Haqverdigilin bacısı uşaqlarıdır, dastançı Əli, qalan iki nəfəri də tanımıram.

 

Qoluma girən qız Laura xanımdır. O Memarlar Cəmiyyətinin başçısı idi. Burada hamının üzündə bir gülüş var. Süleyman Rəhimov bir qıza, bir də mənə baxıb dedi ki, “Laura xanım siz də dulsunuz, bu Məmməd də duldur. Elə bir-birinizə bənd olun, burdan birbaşa çıxaq gedək sizin toyunuzu qeyd edək". Hamı ona gülüşürdü.

 

Mən ilk dəfə canlı Dədə Şəmşiri gördüm.

 

İstisu. Haqverdi Talıboğlu (Ələsgərin nəvəsi), Həbib Hacıyev, Məmməd Aslan, digərini isə unutmuşam.

 

Süleyman Rəhimovun yanındakı ağsaçlı gözəl oğlan Qorxmaz Bayramov Cəbrayıl rayonunda maarifin müdiri idi. Digəri isə Kəlbəcər ziyalısı, şair Vəlyəddin və mən, bir də maqintofon kimi bütün şairləri əzbər bilən Həsən. Süleyman Rəhimovun başına yığışmışıq.

 

Sağ təfdən birinci Qəmbər Şəmşiroğlu, mən, 3-cü Qazaxdan Əli Əliyev (partiya məktəbinin müəllimlərindən olub). Axrıncı isə mənim tələbəm Cəlaldır, indi Çexiyada işləyir.

 

Düşünən şair...

 

Rəhmətə getmiş jurnalist Feyzi Mustafa, mən, o birisinin isə adını xatırlamıram.

 

İlk dəfə müəllim təyinatımı alıb Kəlbəcərin Yanşaq kəndinə getmişəm, qohumlardan birinin ailəsi ilə birgə çəkilən fotodur.

 

Kəlbəcər. Məmməd Aslan, Aşıq Şəmşir, Məmməmd İsmayıl, Ənvər Rza, şair Şücaət, Kəlbəcərin katibi Zahid İsmayılov, Qənbər Qurbanov-(Aşıq Şəmşirin oğlu).

 

Mən, Qəşəm Aslanov, Aşıq Şəmşir, rəssam Şamil. 1970-ci il olar. “Azərbaycan gəncləri” qəzetində Aşıq Şəmşirlə görüş.

 

Kəlbəcərin prokuroru Şahmalı və mən. Ömrümün yaxşı vaxtlarıdır. 

 

Kəlbəcərin  Məmmədsəfili kəndinin yaxınlığında bir qayanın üstündəyik. Süleyman Rəhimov Kəlbəcərə gəlmişdi. Bir nəfərin həyətində 7 bulaq 3 şəlalə var idi. İndi görün nələr itirmişik...

 

Bu institutdan bir xatirədir. Vilayətlə orta məktəbi bir oxumuşduq. 

 

Aşıq Ədalətlə birgə... Füzulinin işığına yığışmışıq. Füzuli oldusa, ondan başqa heç kəs yoxdur. Biz elə-belə adamlarıq. 

 

Əlimi çiyninə qoyduğum adam Haqverdi Talıboğludur. O aşıq Ələsəgərin kiçik oğlu aşıq Talıbın kiçik oğludur. Körpəlik dostuyuq. Digəri isə İsmixan Didərgindir. İsmixandan sağ tərəfdə birinci olan isə aşıq Ələsgərin böyük oğlu Bəşirin nəvəsidir. 

 

Türkiyədə "kutlu doğum" həftəsi...  

 

Göyçənin Zər kəndindən  Həbib müəllimdir. Biz dost idik. Keçmiş millət vəkili Arzu Səmədbəylinin atasıdır. Arzunun iki yaşda olduğu vaxt yaxşı yadımdadır.

 

Tələbə yoldaşlarımla birgə Tərtərin qırağında. Biz orta məktəbi bitirməyimizin 20 illiyini qeyd edirdik... 

 

Türkiyədə... Türkiyənin çox böyük şairi Əbdürrəhman Qaraqoç, Türkiyədə çox böyük işlər görən yazıçı və jurnalist Ömər Kayir.

 

Müxbir: ”Təxminən neçə yaşınız olardı?”. Məmməd Aslan : ”Mən heç doğuldum ki, yaşımd a ola”.

 

İranın prezidenti Rəfsəncani qırğın-qiyamətin möhkəm vaxtında Elmlər Akademiyasında ziyalılarla görüşə gəlib. Çıxış üçün yazıçılar arsından məni seçmişdilər.

 

Qazaxda Fərman Kərimzadə və Zəlimxan Yaqubla birgə. Fərman da mənim kimi pələngə oxşayır.

 

Bu da pis poza deyil... 

 

Kəlbəcər, İstisu, Musa və mən (60-cı illərdə MTN-də işləyib).

 

1990-cı il  20 yanvar qətliamından sonra çoxları saqqal saxlayırdı. Mən və şair dostum Məmməd İsmayıl uzun müddət saqqal saxladıq. Çoxları bizə irad tutdu ki, niyə saqqal saxlayırsınız, biz məğrur olmalıyıq. Amma nə dəxli var. Nə dəxli var ki, insanlarımız əldən gedib, vətən əldən gedib.

 

Gündüz Əlizadə və mən 20 Yanvar qırğınından sonra. İndi Almaniyda işdəyir. Yüksək səviyyəli rəssamdır.

 

Məmməd İsmayılla hardasa söhbət edəndə çəkilib. 

 

 1994-cü il Tansu Çillər və mən. "Kutlu doğum" həftəsidir. Mənə  mükafat təqdim edilir. Mənə dedi ki, gözəl yazmısınız əlinizə sağlıq, gözəl danışdınız dilinizə sağlıq. Mən də dedim ki, boş verin xanım əfəndi, mən sizi millətimizin erkək qəhramanı saymaqdayam. Sözümdən sonra bu cür ləzzətlə gülməyə başladı.

 

Türkiyədə Taksim meydanı, Hidayət Orucovla birlikdə...

 

Türkiyə həyatımdır. Sol tərəfimdə duran adam Nuru Paşanın bacısı oğludur. Digər şəxs  isə Əhməd Kabaklıdır. Çox yaxın dostum idi. Bir də Türkiyənin məşhur şairlərindən Səid Başərdir. O birisini isə xatırlamadım. 

 

 Qulu Məhərrəmli və mən.

 

Yaxın dostum Paşa Qəlbinurla...


2002-ci ildə çəkilib...

 

Soldan Sabir Rüstəmxanlı, ortada Hümmət Süleymanov (vəkillər kollegiyasının üzvü idi), bu da kollegiya üzvü olmayan Məmməd Aslan. 

 

Bəxtiyar Vahabzadə ilə birgə...

 

Burası Ərzurumdur. Sağdan aşıq Ədalət Dəlidağlı, sonra Bahəddin Qaraqoç, Türkiyənin prezidenti Abdulla Gülün dayısı Abdullah. Çox gözəl kitabları olan bir şairdir.

 

 Şəki mədrəsəsinin önündə ucalan çinar və mən. 100 yaşlı Çinarın pöhrəsi istəyib müstəqil yaşasın, görüb baltalar var, kəsilsə yox olacaq, qayıdıb girib ağacın içinə, o ağaca sığınıb.

 

Azərbaycan Televiziyası mənim haqqımda film çəkirdi. Burası Murovun Ömər zirvəsidir. Bu rəhmətlik Mahir Cahangirlidir, bu biri isə rejissorumuz rəhmətliik Miri idi.

 

Solda operator Mahir Cahangirli, ekologiya və təbii sərvətlər naziri naziri Hüseyn Bağırov, mən, alman mütxəssisi, eyni zamanda Şirvan qoruğunun direktoru olmuş Edmund Müller. Direktorun adını ilk dəfə tanış olanda deyə bilmədim. Mənə  dedilər ki, bəs bunu necə çağıracaqsan, mən də dedim “Xartut”. Bu sözü eşidən nazir Hüseyn Bağırov ürəkdən güldü.

 

Hansısa dini mərasimdə. Allahşükür Paşazadə də iştirak edir...

 

Mən, Rauf Zeyni, Vəlyəddin İsmayılov...

 

Bir məclisdə  jurnalist Azad, İsmayıl Ömərov və müavini Çingiz Aslan, bir də mən. 

 

Cavid Qurbanov, Şahlar Əsgərov, mən, o biriləri də bağışlasın ki, xatırlamıram...

 

  Haqverdi Talıboğlu (Aşıq Ələsgərin nəvəsi) ilə... 

 

 Bu da möhtəşəm Zəlimxan Yaqub. Onunla dostluğumuz çox uzaqlara gedib çıxır.

 

Burası Gədəbəydə Haçaqaya deyilən bir yerdir. Təxminən 15 il əvvəlin şəklidir.

 

Şəkidə Xan yaylağı. Yaxın illərdə çəkilib.

 

Bunlar isə mənim nəvələrimin balacalığıdır. Firuzə indi Qafqaz Universitetində oxuyur. Adımı daşıyan Məmməd isə Kitabxanaçılıq və informasiya fakültəsində təhsil alır. 


Modern.az


 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Numan Kurtulmuş Gəncədən şəkillər paylaşdı - FOTO 29 İyul 2021, 08:50 Türkiyədə meşə yanğını böyük təhlükə yaratdı   29 İyul 2021, 08:46 Meksikalı jurnalistin Qarabağ təəssüratları 29 İyul 2021, 08:42 Qəbul imtahanında ən yüksək balı o topladı - FOTO 29 İyul 2021, 08:24 Erməni terrorçuların məhkəməsi davam etdirilir 29 İyul 2021, 08:17 Leyla Abdullayeva Oxçuçay fəlakətindən YAZDI 29 İyul 2021, 08:09 Məhəmməd Abdullayev də uduzdu 29 İyul 2021, 08:05 Daha bir cüdoçumuz "Tokio-2020"ni medalsız başa vurdu 29 İyul 2021, 08:02 Ermənistan Kəlbəcərdəki mövqelərimizi yenə atəşə tutdu 29 İyul 2021, 07:25 İsrail polisi 11 yaşlı fələstinlini güllələdi 29 İyul 2021, 01:00 İmişlidə güclü yanğın - FOTO 29 İyul 2021, 00:56 “Qalatasaray” da mübarizəni dayandırdı - ÇL 29 İyul 2021, 00:42 Zelenski ordu rəhbərliyini dəyişdi 29 İyul 2021, 00:31 II və III qrup üzrə qəbul imtahanlarının nəticələri AÇIQLANDI 29 İyul 2021, 00:20 Daha iki müəllimliyə namizəd ən yüksək bal topladı - FOTO 29 İyul 2021, 00:12 Bu gün iki idmançımız mübarizəyə qoşulacaq - Tokio-2020 29 İyul 2021, 00:01 Xaçmazda şadlıq sarayında bədbəxt hadisə 28 İyul 2021, 23:55 Zərdabda peyvənd olunmayan bəy və gəlin toya buraxılmadı - FOTO 28 İyul 2021, 23:39 Antalyanı meşə yanğınları bürüdü - FOTOLAR   28 İyul 2021, 23:27 Samuxda toy qaydalarını pozanlar cəzalandırıldı - FOTO 28 İyul 2021, 23:23 Zod yatağında iş dayandı, işçilər və texnika ərazidən çıxarıldı - VİDEO 28 İyul 2021, 23:11 “Bakı Bəyannaməsi strateji əlaqələri daha da möhkəmləndirəcək” 28 İyul 2021, 23:05 "Neftçi" Çempionlar Liqası ilə vidalaşdı 28 İyul 2021, 22:57 FED-dən uçot dərəcəsi ilə bağlı qərar 28 İyul 2021, 22:51 Ukraynada təyyarə evin üstünə düşdü - FOTO 28 İyul 2021, 22:38 Türkiyədə yoluxma sayı kəskin artdı 28 İyul 2021, 22:24 Bakı küləyi "Olimpiakos"un oyunçusuna çətin anlar yaşatdı - VİDEO 28 İyul 2021, 22:10 Goranboyda maşın aşdı - xəsarət alanlar var 28 İyul 2021, 21:57 Ceyhun Bayramov ABŞ rəsmisi ilə sərhəddəki gərginliyi müzakirə etdi 28 İyul 2021, 21:43 Diaspor nümayəndələrinin Şuşa səfəri nəyi dəyişəcək   28 İyul 2021, 21:32 Bakıda idman zalında yarış keçirən şəxs saxlanıldı 28 İyul 2021, 21:32 Naxçıvanda ər işləmək istəyən arvadını boşadı 28 İyul 2021, 21:21 Bayden Belarusun müxalifət lideri ilə görüşdü 28 İyul 2021, 21:08 Nyu-York sakinləri peyvənd vurdurmağa görə pul alacaqlar 28 İyul 2021, 20:59 Nazir Bakını tərk edən diplomatla görüşdü - FOTO 28 İyul 2021, 20:48