Modern.az

Bakıda saxta pul kəsən dəstə yaxalanıb

Bakıda saxta pul kəsən dəstə yaxalanıb

22 Fevral 2010, 13:44

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tiədbirləri nəticəsində metronun "Gənclik" stansiyasının yaxınlığında, Lökbatan qəsəbəsində yaşayanlar Azər Abdullayev, Vüsal Salmanov,  Şamaxı şəhər sakinləri Vüqar Yolçuyev və əvvəllər məhkum olunmuş İntizam İsayev  500 ədəd 100 manatlıq saxta əskinasları, ümumilikdə 50.000 manatı 20.000 manata satarkən tutulublar.
Modern.az DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, V.Yolçuyevə məxsus "Tofash" markalı  avtomaşına baxış zamanı əlavə 1 ədəd 20 manatlıq saxta əskinas və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.
İ.İsayevin Şamaxı şəhərində yaşadığı evə baxış zamanı qeyd olunan saxta əskinasların çap edilməsi üçün istifadə olunan xüsusi avadanlıqlar, rənglər və digər maddi sübutlar aşkar edilərək götürülüb.
Faktla əlaqədar BMCMİ-nin İstintaq Şöbəsində cinayət işi başlanmış, istintaq aparılır. 

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...