Modern.az

105 direktor müavini TƏYİNATI

105 direktor müavini TƏYİNATI

28 Dekabr 2021, 14:38

105 nəfər direktor müavini vəzifəsinə təyin edilib.

 

Bu barədə Bakı Şəhəri Təhsil İdarəsindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, ümumi təhsil müəssisələrinə təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqə  və yerdəyişmələr nəticəsində 2021-ci ildə  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinə  105 nəfər direktor müavini təyin olunub.

 

Onlardan 76 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini, 29 nəfər  isə uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə layiq görülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?