Modern.az

Dünya turizmində tək yüksələn Türkiyə oldu

 Dünya turizmində tək yüksələn Türkiyə oldu

Təhsil

22 Fevral 2010, 15:46

 

Qlobal iqtisadi böhran və “donuz qripi”  epidemiyasının təsirindən turizm sektoru 2009-cu ildə ən çətin dönəmlərdən birini yaşadı. Dünya Turizm Təşkilatının açıqlamalarına görə, ondan öncəki ilə nisbətən 2009-cu ildə turist sayı 4,3% azaldı. Avropada 6%-lik bir azalma, Şimali və Orta Avropada 8% azalma oldu.

Modern.az xəbər verir ki, Türkiyə Səfirliyinin Mədəniyət və Tanıtma Müşaviri Melda Araz 2009-cu ildə dünya turizmində yüksəlişə nail olan tək ölkənin Türkiyə olduğunu bildirib. Melda Arazın açıqlamasına görə, dünyanın ilk 10 turizm ölkəsi arasında 2009-cu ili artımla başa vuran tək ölkə olan Türkiyənin öncəki ilə nisbətdə artımı 2,8% olub. 26,3 milyon ziyrətçi ilə 2008-ci ili başa vuran Türkiyə 2009-cu ildə 27,1 milyon turisti qəbul edib.

2009-cu ildəki qlobal iqtisadi böhrana baxmayaraq Türkiyə ən çox turist qəbul edən ölkələrin sırasında daha bir pillə yüksələrək 7-ci yerdə qərarlaşıb.

İstanbulda Türkiyə Cümhuriyyəti Kültür və Turizm Bakanlığına bağlı muzeyləri ziyarət edənlərin sayı 2009-cu ildə ondan öncəki ilə nisbətən 38% artaraq 6 milyonu keçib, bu muzeylərdən 2009-cu ildə əldə edilən gəlir əvvəlki ilə görə 40% artaraq 53, 6 milyon türk lirəsi (TL) olub. Türkiyə Səfirliyi Mədəniyyət və Tanıtma Müşaviri Melda Arazdan alınan məlumata görə, 2009-cu ildə İstanbulda ən çox ziyarət edilən tarixi məkan 2,9 milyon ziyarətçi ilə 1481-ci ildə inşa edilən və 1924-cü ildən bəri muzey kimi fəaliyyət göstərən Topqapı Sarayı olub. Bunu 2,4 milyon ziyarətçi ilə 537-ci ildə tikilən və 1935 – ci ildən turistlərin ziyarətinə açıq olan Ayasofya Muzeyi izləyir.

İstanbulda  TBMM-nə bağlı saray, köşk və qəsrləri isə 2009-cu ildə 1,1 milyon yerli və yabançı turist ziyarət edib. Bundan  9,5 milyon TL gəlir əldə edilib. TBMM-nə bağlı saraylar içində Dolmabaxça Sarayı 818 min ziyarətçi ilə ən çox turist qəbul edən məkan olub.

2010-cu ildə İstanbulun Avropanın Mədəniyyət Paytaxtı elan olunmasıyla əlaqədar olaraq bir sıra tarixi məkan və muzeyin təmir və restovrasiya edildiyinə və yeni muzeylərin açıldığına diqqəti çəkən Melda Araz 2009-cu ildə İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən açılan “Panorama 1453 Tarix Muzeyi”nin bunlardan biri olduğunu və 1 ildə bu muzeyin 700.000 turist tərəfindən ziyarət edildiyini bildirib.

Bütünlüklə Türkiyədə isə 2009-cu ildə T.C. Kültür və Turizm Bakanlığına bağlı olan 320 muzey və tarixi məkanları ziyarət edənlərin sayı 21,2 milyon, bundan əldə olunan gəlir isə 146,7 milyon TL olub. Modern.az

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı