Modern.az

ABŞ-da helikopter qəzası  - Ölənlər var

ABŞ-da helikopter qəzası  - Ölənlər var

Dünya

31 Dekabr 2021, 10:11

ABŞ-ın Texas ştatında helikopter qəzaya uğrayıb. Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, nəticədə bir nəfər həyatını itirib, daha 3 nəfər xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

 

Texas ştatının İctimai Təhlükəsizlik Departamentinin məlumatına görə, insident yerli vaxtla saat 11:45-də baş verib. Bell 206 helikopteri Livinqstonun cənub-şərqindəki meşədə qəzaya uğrayıb.

 

Həlak olan 54 nəfər yaşlı sərnişin olub, pilot və daha iki nəfər xəstəxanaya yerləşdirilib.

 

Qəzanın səbəbləri barədə məlumat verilməyib, hazırda araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə